UEFA prezidenti Superliqadan imtina etməyən klublara növbəti dəfə xəbərdarlıq edib
UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasından imtina etməyən klublara növbəti dəfə xəbərdarlıq edib.
SİA xəbər verir ki, O, "Associated Press"ə açıqlamasında "Real" və "Barselona"nı Avrokuboklardan kənarda saxlamaqla hədələyib:
"Desələr ki, biz turnirdən çıxmırıq, Çempionlar Liqasında oynamayacaqlar. Buna hazırdırlarsa, öz Superliqalarında mübarizə apara bilərlər".
Qeyd edək ki, Avropa Superliqasını aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB