İki futbolçunun adı zədə səbəbindən Türkiyə millisinin heyətindən çıxarılıb

İki futbolçunun adı zədə səbəbindən Türkiyə millisinin heyətindən çıxarılıb

Türkiyə millisində DÇ-2022-nin seçmə mərhələsinin oyunları öncəsi zədə problemi yaşanıb.

SİA Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, İrfan Can Kahveci və Nazım Sangare zədə səbəbindən heyətdən çıxarılıb. Onlar millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, Türkiyə millisi bu gün Niderland, martın 27-i Norveç və martın 30-u Latviya ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə