Erlinq Haaland haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib

Erlinq Haaland haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib

Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib.
SİA xəbər verir ki, Norveç millisinin üzvü "goal.com"a açıqlamasında klubu ilə müqaviləsinin davam etdiyini xatırladıb: "Borussiya" ilə hələ müqaviləm var və 3 ildən sonra bitəcək. Gələcəyimlə bağlı şayiələrə fikir vermirəm".
20 yaşlı hücumçunun Avropa nəhəngləri - "Real", "Barselona", "Mançester Siti", "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsində olması haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Haaland 2020-ci ilin yanvarında "Zalsburq"dan Dortmund klubuna keçib. O, bu müddətdə 49 oyuna 49 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə