Ronaldo Peleni üstələyib Sorğuda

Britaniyanın “FourFourTwo” jurnalı azarkeşlər arasında növbəti dəfə sorğu keçirib. SİA xəbər verir ki, Bu dəfə məqsəd “Braziliya futbol tarixinin ən yaxşı futbolçusu kimdir” sualına cavab tapmaq olub. Sorğu “Twitter”də təşkil olunub.

Siyahıya 32 futbolçunun adını daxil edib. Onluqda Qarriçna, Romario, Kafu, Kaka, Sokrates, Roberto Karlos, Ronaldinyo, Rivaldo, Ronaldo və Pele yer alıblar.

Səsvermənin yekununa əsasən Pele ilə Ronaldo finala yüksəliblər. Həlledici mərhələdə isə Ronaldo 59,9 faizlə Braziliya futbolunun əfsanəsi Peleni üstələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...