“Sent-Etyen” darmadağın olub, “Lill” rəqibindən minimal hesabla üstün olub

Futbol üzrə Fransa çempionatında 21-ci tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.

Lion “Olimpik”i bu turda “Sent-Etyen”in qonağı olub və 5 cavabsız qolla qalib gəlib.

“Lill” isə “Renn”in qonağı olub və minimal hesabla üstün olub.

Bu tur keçirilməli olan “Nim” – “Loryan” matçı “Loryan”ın bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün tərixə salınıb.

Fransa Liqa 1

21-ci tur

24 yanvar

Bordo – Anje 2:1

Qol: Huanq, 8; 11 – Fulqini, 39.

Dijon – Strasburq 1:1

Qol: Kulibali, 63 – Ayorke, 51.

Mets – Nant 2:0

Qol: Leya, 35. Bulaya, 90+3.

Reyms – Brest 1:0

Qol: Mbuku, 40.

Renn – Lill 0:1

Qol: David, 16.

Sent-Etyen – Olimpik (Lion) 0:5

Qol: Kadevere, 16; 68. Marselo, 36; 59. Buanqa, 82-öz qapısına.

22 yanvar

PSJ – Monpelye 4:0

Qol: Mbappe, 34; 63. Neymar, 60. İkardi, 61.

23 yanvar

Lans – Nitsa 0:1

Qol: Atal, 49.

Monako – Olimpik (Marsel) 3:1

Qol: Maripan, 47. Tçuameni, 75. Yovetiç, 90+2 – Radonyiç, 12.

Bütün xəbərlər Facebook səhifəmizdə