“Fənərbaxça” isə bu tur “Dənizlispor”la səfər oyununda qalib gəlib - Türkiyə Super Liqası

“Fənərbaxça” isə bu tur “Dənizlispor”la səfər oyununda qalib gəlib - Türkiyə Super Liqası

Futbol üzrə Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

“Fatih Karagümrük” doğma meydanda “Rizəspor”la, “Antalyaspor” isə “Ankaragücü” ilə oyundan qalib ayrılıb.

Son turda İstanbul derbisində “Beşiktaş”a məğlub olan “Fənərbaxça” isə bu tur “Dənizlispor”la səfər oyununda inamlı qələbəyə sevinib.

Türkiyə Super Liqası

11-ci tur

4 dekabr

Beşiktaş – Kasımpaşa 3:0

Qol: Mensah, 45+2. Hatçinson, 69. Abubakar, 75.

5 dekabr

Gənclərbirliyi – Alanyaspor 2:1

Qol: B.Özdemir, 41. Kandeyas, 75 – Bakasetas, 83-pen.

Göztəpə – Kayserispor 1:1

Qol: S.Aydoğdu, 86 – P.Enrike, 77.

Yeni Malatyaspor – Başakşəhər 1:1

Qol: Ponk, 50-öz qapısına – Juliano, 45+1.

Konyaspor – Ərzurumspor 2:0

Qol: U.Demirok, 14-pen. Hacıahmetoviç, 63.

Qalatasaray – Hatayspor 3:0

Qol: Mbaye, 32. Pablo, 64-öz qapısına. K.Aktürkoğlu, 90+5.

6 dekabr

Fatih Karagümrük – Rizəspor 2:1

Qol: Ndao, 15; 25 – Meriah, 20.

Antalyaspor – Ankaragücü 1:0

Qol: Yahoviç, 45+4.

Dənizlispor – Fənərbaxça 0:2

Qol: Sisse, 9. G.Gönül, 40.

7 dekabr

20:30 Trabzonspor – Sivasspor

Bütün xəbərlər Facebook səhifəmizdə