"Qarabağ" "Səbail"lə, "Sabah" "Keşlə" ilə heç-heçə etdi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları davam edir.

SİA xəbər verir ki, bu gün daha iki görüş keçirilib. “Keşlə” doğma meydanda “Sabah”la heç-heçə edib - 1:1.

Günün digər görüşündə “Qarabağ” "Səbail"in qonağı olub. Bu oyunda da 1:1 hesabı qeydə alınıb. Bununla da Ağdam klubu xallarını 19-a çatdıraraq yenidən liderliyə yüksəlib. İkinci pillədə olan "Zirə"nin də xalları eynidir.

Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

29 noyabr (bazar)

16:00. “Səbail” – “Qarabağ” - 1:1
Qollar: Amil Yunanov, 57-pen.(1:0), Donald Gerye, 64 (1:1)
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“ASCO Arena”

14:00. “Keşlə” – “Sabah” - 1:1
Qollar: Kubemba, 60 (0:1), Meza Kolli, 85
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
“ASK Arena”

30 noyabr (bazar ertəsi)

16:00. "Sumqayıt" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramo
"Kapital Bank Arena"

28 noyabr (şənbə)

16:00. "Neftçi" – "Zirə" - 0:0
“Bakcell Arena”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə

N Klublar O Q H M T-F X
1 Qarabağ 10 5 4 1 27-7 19
2 Zirə 11 5 4 2 12-9 19
3 Neftçi 11 5 3 3 11-13 18
4 Sumqayıt 10 4 3 3 13-15 15
5 Keşlə 11 3 4 4 12-16 13
6 Sabah 11 3 1 7 11-14 10
7 Səbail 10 2 4 4 11-13 10
8 Qəbələ 10 1 5 4 8-18 8

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...