Manuel Noyer ardıcıl qələbə rekordu müəyyənləşdirib

Almaniyanın “Bavariya” klubunun kapitanı Manuel Noyer ardıcıl qələbə rekordu müəyyənləşdirib.

SİA xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Zalsburq”la (Avstriya) qarşılaşmada buna nail olub.

Komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüş Noyerin ardıcıl 15-ci qələbəsi olub. Bununla da o, İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldonun rekordunu qırıb. Portuqal futbolçu 2013/14 və 2014/15 mövsümlərində İspaniya “Real”ında olarkən ardıcıl 14 qələbəyə sevinib.

Qeyd edək ki, qrupda keçirdiyi 4 oyunun hamısında qələbə qazanan “Bavariya” 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...