Türkiyəli futbolçu UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu seçilib

Türkiyəli futbolçu UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu seçilib

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

SİA xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Fransa"Lill"inin oyunçusu Yusuf Yazıcı birinci olub. O, səsvermədə Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli, Çexiya "Sparta"sından Lukaş Yulişi qabaqlayıb.

Qeyd edək ki, türk futbolçu Avroliqanın 3-cü turunda "Milan"la səfər matçında (3:0) het-trik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə