Qonsalo İquain MLS-də çıxış edən "İnter Mayami" klubuna keçəcək
Argentinalı futbolçu Qonsalo İquain Şimali Amerika Əsas Futbol Liqasında (MLS) oynayan "İnter Mayami" klubuna keçəcək.
SİA "sports.ru" saytına istinadən xəbər verir ki, İtaliyanın "Yuventus" klubu artıq 32 yaşlı argentinalı ilə müqaviləni ləğv etmək barədə razılığa gəlib.
Q.İquain 2016-cı ilin yayından "Yuventus"da oynayır, iki dəfə İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında icarə əsasında çıxış edib. Bu mövsüm argentinalı forvard "Yuventus"un heyətində müxtəlif turnirlərdə 40 matç keçirib, on qol vurub və 8 faydalı ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB