Bir komandanın 8 futbolçusu koronavirusa yoluxub

Meksikanın “Santos Laquna” klubunun 8 futbolçusu koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə Meksika Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. “Santos Laquna”nın 8 futbolçusunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Futbolçuların adları isə açıqlanmayıb.

Xatırladaq ki, Meksikada koronavirus pandemiyasına görə çempionatlara erkən yekunlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə