Alper Potukun "Qarabağ"a transferi alınmayıb

Alper Potukun "Qarabağ"a transferi alınmayıb

“Qarabağ” “Fənərbağça”nın yarımmüdafiəçisi Alper Potuku transfer edə bilməyib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, istanbullular 28 yaşlı futbolçunu havayı buraxmaq istəməyib. “Qarabağ”la yanaşı, Alperlə “Rizəspor” və “Beşiktaş” klubları da maraqlanırdı.

Xatırladaq ki, Ağdam klubu türkiyəli futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə