Fevralın 2-də “Australian Open-2020” turnirinin final oyunu keçirilib. SİA-nın məlumatına görə, turnirin həlledici görüşündə serbiyalı Novak Cokoviç və avstriyalı tennisçi Dominik Tim üz-üzə gəlib.
Görüş serbiyalı tennisçinin 3:2 (6:4, 4:6, 2:6, 6:3, 6:4,) hesabı qələbəsi ilə başa çatıb.
Bu, Novakın karyerası ərzində “Böyük dəbilqə” seriya turnirlərində 17-ci qələbəsidir. Onlardan səkkizi “Austrilian Open” turnirlərində olub. Bu qələbə sayəsində ATP reytinqində liderliyi ələ alıb.
Qeyd edək ki, Avstraliya açıq turniri “Böyük dəbilqə” seriyasının 2020-ci ildəki ilk yarışıdır. Turnirin ümumi mükafat fondu 49,1 milyon dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB