Şahmatçılarımız “Masters” turnirində oynayıblar

Yanvarın 28-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalında “Masters” turnirinin səkkizinci turunun oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçılarından Vasif Durarbəyli türkiyəli Cəmil Can Əli Marandini məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov isə hindistanlı Rameşbabu Praqnanandha ilə oyuna çıxmadığı üçün ona texniki məğlubiyyət verilib.

Ötən səkkiz turun nəticələrinə görə V.Durarbəyli 5,5, Ş.Məmmədyarov 5 xal toplayıblar.

On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə