Yevgeni Koçuk da “Səbail"dən getdi

Yevgeni Koçuk da “Səbail"dən getdi

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

SİA xəbər verir ki, paytaxt klubu moldovalı legioneri Yevgeni Koçukla vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb: “Səbail" Futbol Klubunun kollektivi adından üç gözəl və emosional mövsüm üçün təşəkkür edirik! Uğurlar, Yevgeni!”

Qeyd edək ki, “Səbail” Moldova yığmasının üzvünü 2018-ci ildə Slovakiyanın “Jilina” klubundan icarəyə götürmüş, daha sonra onu birdəfəlik transfer etmişdi. 27 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 54 oyun keçirib, 8 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə