"Yuventus" qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. İtaliya mətbuatının yazdığına görə, "ağ-qaralar" "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçi transfer etmək istəyir. 31 yaşlı xorvatiyalı oyunçu komandanın əsas heyətində az şans verildiyi üçün Kataloniya təmsilçisindən ayrılmağa hazırdır. Qeyd edək ki, İ.Rakitiç 2014-cü ildən "Barselona"nın formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...