Çilinin paytaxtı Santyaqo şəhərində karate üzrə XI dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, yarışın ilk günündə mübarizəyə qatılan Roman Heydərov (21 yaşadək, kata) yarımfinalda çıxışını başa vurub. Bürünc medal uğrunda görüşə qatılmaq üçün 0.20 xalı çatmayan R.Heydərov nəticədə 6-7-ci yerləri bölüşüb.
Turnirin ikinci günündə 14-15 yaşlı yeniyetmə karateçilərimiz çempionatı mükafatsız başa vurublar.
Oktyabrın 25-də 16-18 yaşlı gənclər mübarizəyə qatılacaqlar. Oğlanlar arasında Sultan Hüseynov (55 kq), Hüseyn Məmmədli (61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq) və Namiq Quliyev (76 kq-dan yuxarı), qızların yarışında Fidan Dadaşova (48 kq), Polina Qurenko (53 kq) və Ayla Rzazadə (59 kq) tatamiyə çıxacaqlar.
Yeniyetmə və gənclərin dünya çempionatı oktyabrın 27-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB