"8 yanvarda Vegasda növbəti döyüşümdür. Onsuz da rəqibi tanıyıram hələlik kim olacağını söyləmirəm. UFC-nin özünüzdən soruşun".
SİA-nın məlumatına görə bu sözləri Moskva gəzintisi zamanı azarkeşləriylə görüşdə keçmiş UFC çempionu Konor Makqreqor deyib. Daha sonra qeyd edib ki, "Əslində Rusiyada döyüşmək istəyirəm. İnsanlar burada Həbiblə cavab görüşü gözləyirlər. Bu mütləq olacaq! Ancaq Həbib bu döyüşdən qorxur. Rusiyanı təmsil etmir, onu heç vaxt Rusiyanın bayrağıyla görməyiblər. İnsanlar bu döyüşü istəyir, hətta atası da. Amma, Həbib yox.
Dağıstanlılar - döyüşdən qaçmır və qorxmurlar, bunu bilirik. Eyni xüsusiyyəti isə Həbibdə də görmək olur. Bu, öz təbiətindədir, hətta Moskvadakı mətbuat konfransından da qaçdı.
Nə deyə bilərəm? Həbibin bacarıqları var, bacardı. Ancaq bunu düzəldəcək və qisas almağa hazırlaşacağıq.
Həbib Nurməhəmmədova qarşə qızğın bir mübarizəm var. Müharibə bitməyib. Barışıq edə bilərikmi? Bəlkə bəli, amma qisas baş verəcək. Qoy qaçsın, mən onu tapacağam".

Öz viski biznesindən də danışan Makqreqor bunaları da açıqladı ki, "Mən öz işimə həvəslə baxıram. Doğulduğum yer Dublindir. Ümumiyyətlə, əsl irlandiyalı oğlandan əsl viski istehsalatı.
Rusiyada, Taylandda, Cənubi Afrikada satışlara başladıq. Bilirəm ki, insanlar mənim viskimdən ləzzət alırlar".

2018 Dünya Kuboku finalında Vladimir Putinə viski verdiyini xatırladaraq, "Mən ilk viski şüşəsini Putinə hədiyyə etdim, daha doğrusu cangüdəninə təhvil verdim. Lakin prezidentin mühafizəçisi sınağa imkan vermədi.
Mən Moskvanı sevirəm. Burada əmlak alacağam. Heç bir fərqi yoxdur Həbiblə ya da digəri, mütləq bir gün Moskvada vuruşacam. Növbəti mübarizəyə hazırlıqda isə spirtli içki içməyəcəyəm. Mən viski sevirəm, amma özümü tuta bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB