"Teymur Rəcəbovun qələbəsi Azərbaycan idmanında tarixi hadisədir"
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının ildönümü ilə bağlı təntənəli mərasim üçün yer seçimi edərkən Ankaradakı Şahmat Mərkəzini müəyyən edəndə qrossmeysterimiz Teymur Rəcəbovun belə bir mühüm qələbə qazanacağını bilmirdik. Lakin Teymurun qələbəsi sevincimizə sevinc qatdı. Xoş təsadüfdən Teymur Rəcəbovun Dünya Kubokuna sahib olması xəbərini Türkiyənin Gökyay İdman və Mədəniyyət Vəqfinin Şahmat Muzeyində eşitdik. Bir sözlə, bu xoş xəbəri Türkiyənin Şahmat Muzeyində eşitməyimiz çox əlamətdar hadisə idi.
Bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim AZƏRTAC-a açıqlamasında deyib. Səfir bildirib: “Türkiyənin Gökyay İdman və Mədəniyyət Vəqfinə hədiyyə etdiyimiz şahmat taxtası ABAD (Ailə Biznesinə ASAN Dəstək) tərəfindən hazırlanan nadir nümunədir. Bu mənada keçirdiyimiz tədbir, təqdim etdiyimiz hədiyyə və qrossmeyster Teymur Rəcəbovun qələbə xəbəri ümumilikdə Azərbaycan dövlətinin inkişaf göstəricilərini təcəssüm etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB