Məşqçilərin texniki təlim kursu yekunlaşıb

Dərnəgül Voleybol Mərkəzində Voleybol idman növü üzrə məşqçilərin texniki təlim kursunun bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, proqram 16-20 sentyabr 2019-cu il tarixlərini əhatə edərək Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Beynəlxalq Voleybol Federasiyasının dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib.

Nəzəri və praktiki hissədən ibarət olan təlim kursunu uğurla başa vurmuş məşqçiləri təltif etmək üçün Azərbaycan Voleybol Federasiyası İctimai birliyi prezidentinin müşaviri Əbülfəz Hüseynov, Milli Olimpiya Komitəsinin İdman idarəsinin rəisi Həsənağa Rzayev, AzərReyl Voleybol Klubunun prezidenti Fərid Xəlilov, Azərbaycanda yerləşən Regional Voleybol İnkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova və təlimin müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Dan İllie Girleanu dəvət olunub.

Layihədə ümumilikdə 30 məşqçi iştirak edib. Bunlar Türkiyə, İran, Qazaxıstan, Kipr və Azərbaycan Respublikasının məşqçiləridir. Təlim kursları 5 gün və Dərnəgül Voleybol Mərkəzində 09:00-dan 17:00-a kimi və iki hissədən (nəzəri və praktik) ibarət olmaqla keçirilib. İştirakçılar “Level 2” təlim kurslarına yiyələnmək üçün iştirak edib və hər bir iştirakçı uğurla proqramı bitirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə