"Monako"da baş məşqçi dəyişikliyi olacaq?

Fransa Liqasında mövsümə uğursuz başlayan "Monako"da baş məşqçi dəyişikliyi ola bilər. "France Football"un yazdığına görə, "knyazlıq klubu" çalışdırıcısı Leonardo Jardimi göndərməyi düşünür. Oktyabrda çempionatda yaranacaq fasiləyə qədər uğursuzluq davam edərsə, portuqaliyalı mütəxəssislə yollar ayrılacağı bildirilir.

"Monako" 5 turdan sonra 2 xal toplayıb. Qeyd edək ki, Lonardo Jardim ötən mövsümün gedişində uğursuzluğa görə, "Monako"dan ayrılmış və bir neçə aydan sonra vəzifəsinə qayıtmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə