Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünə çıxıb

Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünə çıxıb

Azərbaycan boksçusu, üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünə çıxıb.

SİA xəbər verir ki, super ağır çəkidə yarışan 33 yaşlı boksçumuz sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində yerli idmançı Ed Fonteynlə (bunadək 12 döyüş, 7 qələbə) üz-üzə gəlib. Məcidov dördüncü raundda texniki nokautla qələbə qazanıb.

Məlumatı özünün İnstagram səhifəsində Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə