Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. SİA-nın məlumatına görə, bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.

81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.

Nəticədə M. Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə