Əfran İsmayılov “Keşlə” klubuna transfer olunub

"Keşlə" klubu növbəti futbolçu transferi həyata keçirib. AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi "Qarabağ" klubunun sabiq futbolçusu Əfran İsmayılov ilə birillik müqavilə imzalayıb. "Qarabağ"ın yetirməsi olan 31 yaşlı yarımmüdafiəçinin son komandası "Sumqayıt" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə