“Qalatasaray” Babeldən başqa daha iki transfer edib

“Qalatasaray” Babeldən başqa daha iki transfer edib

"Qalatasaray" daha iki futbolçunu heyətinə cəlb edib.

SİA klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Malatyaspor"la müqaviləsi başa çatan Adem Büyükü transfer edib. 31 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

"Qalatasaray", eyni zamanda, Nigeriyanın “Enyimba” klubundan Valentin Ozornvaforu da alıb. 20 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "Cim-Bom" bu transfer üçün 300 min avro təzminat ödəyib.

Xatırladaq ki, "Qalatasaray" bundan əvvəl Rayan Babeli transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə