Millinin rəqibinin heyətində dəyişiklik edilib

Millinin rəqibinin heyətində dəyişiklik edilib

Slovakiya milli komandası Azərbaycanla keçirəcəyi AVRO-2020-nin seçmə mərhələ oyunu üçün heyətində dəyişiklik edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Pavel Hapal yığmaya dəvət etdiyi 29 futbolçudan 5-ni Bakıya gətirməyəcək.

Bunlar qapıçı Dominik Qreyf, müdafiəçi Lukaş Ştetina, yarımmüdafiəçilər Martin Xrien ilə Laslo Beneş və hücumçu Samuel Mrazdır.

Qeyd edək ki, Slovakiya yoldaşlıq görüşündə İordaniyanı 5:1 hesabı ilə məğlub edib. Azərbaycan - Slovakiya oyunu iyunun 11-də "Bakcell Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə