"Alaves" "Vest Hem"in hücumçusunu transfer edib

"Alaves" "Vest Hem"in hücumçusunu transfer edib

İspaniyanın "Alaves" klubu hücumçu transferi reallaşdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem"in hücumçusu Lukas Peresi transfer edib. Vitoriya-Qasteys təmsilçisi bu keçid üçün 2,5 milyon avro təzminat ödəyib. 30 yaşlı forvardla 3+1 illik müqavilə imzalanıb.

Lukas Peres daha öncə "Rayo Valyekano", PAOK, "Deportivo", "Arsenal" kimi klublarda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə