Emil Balayevdən penalti qurtarışı

Emil Balayevdən penalti qurtarışı

Qazaxıstan Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

SİA-nın məlumatına görə, millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" öz meydanında Karaqanda "Şaxtyor"unu qəbul edib. Qarşılaşma "Tobol"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

90 dəqiqə meydanda olan Balayev 73-cü dəqiqədə rəqibin futbolçusu Marat Şaxmetovun penalti zərbəsini dəf edib.

Qeyd edək ki, "Topol" 13 oyundan sonra 29 xalla ikinci pillədə qərarlaşıb. İki oyun çox keçirən "Astana" isə 32 xalla birinci sıradadır.

Bütün xəbərlər Facebook səhifəmizdə