Avropa Liqasında 2018/2019 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard ən yaxşı seçilib. O, səsvermədə komanda yoldaşları Olivye Jiru, Emerson və Pedronu qabaqlayıb.
Qeyd edək ki, Hazard "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri final oyununda dubla imza atıb, 1 qolun isə ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB