Bu gün Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları arasında UEFA 2019 Avropa Liqasının final oyunu keçiriləcək. Avropa Liqasının final oyununa azarkeşlik etmək üçün turistlər paytaxtımıza axın edib.
Rusiyadan Azərbaycana gələn gənc qonaq Anastasiya da Bakı ilə bağlı fikirlərini SİA ilə bölüşüb: "Bakıya UEFA 2019 Avropa Liqasının final oyununu izləməyə gəlmişik. Ən çox sevdiyim "Arsenal" futbol klubuna bu gün də azarkeşlik edəcəm. Azərbaycanda təşkilatçılıq çox yüksək səviyyədədir. Bu da Bakıya gələn qonaqları qane edir".
Rusiyalı gənc azərbaycanlıların qonaqpərvər olduğunu da xüsusi ilə diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB