"Lill" "Trabzonspor"un iki futbolçusunu transfer etmək istəyir

"Lill" "Trabzonspor"un iki futbolçusunu transfer etmək istəyir

Fransanın "Lill" klubu "Trabzonspor"un iki futbolçusunu transfer etmək istəyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, fransızlar Super Liqa təmsilçisindən Yusuf Yazıcı və Abdülkadir Ömürü hədəfə alıb.

"Lill"in bu yay forvardı Nikolas Pepeni satacağı gözlənilir. 23 yaşlı futbolçunu "Arsenal", "Mançester Yunayted" və "Bavariya" istəyir. Fransa klubu bu futbolçudan 80 milyon avro qazanmağı planlaşdırır.

"Lill" bu məbləğin 40 milyon avrosunu Yusuf Yazıcı və Abdülkadir Ömürün transferinə xərcləmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə