"Qalatasaray"-“Beşiktaş” oyununun əhəmiyyəti artdı

"Qalatasaray"-“Beşiktaş” oyununun əhəmiyyəti artdı

Türkiyə Superliqasında 31-ci tura start verilib.

SİA-nın məlumatına görə, turun açılış oyununda "Sivasspor" lider "Başakşəhər"i qəbul edib. Matç başladığı hesabla da sona çatıb. Beləliklə, İstanbul təmsilçisi bu tur da vacib xallar itirib. Bu isə çempionluq uğrunda mübarizə aparan digər iki komanda - "Qalatasaray" və “Beşiktaş” arasındakı oyunun əhəmiyyətini daha da artırıb. Bu tur üz-üzə gələcək bu komandalardan hansı qalib gələrsə, bir pillə irəliləmiş olacaq.

Qeyd edək ki, lider "Başakşəhər"in hazırda 63 xalı var. "Qalatasaray" 60 xalla 2-ci, "Beşiktaş" 59 xalla 3-cüdür. "Sivasspor" isə 37 xalla 11-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə