Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəhbərlərinin seçkiləri 2020-ci il oktyabr ayında Türkiyədə keçiriləcək. SİA-nın məlumatına görə, FIG İcraiyyə Komitəsinin iclası aprelin 30-dan mayın 1-dək Sankt-Peterburqda keçirilib. İclasda qərara alınıb ki, Federasiyanın rəhbərləri (təşkilatın prezidenti və vitse-prezidentləri) 2020-ci oktyabrın 23-dən 25-dək Türkiyənin Antalya şəhərində FIG konqresi çərçivəsində seçiləcək.
Xatırladaq ki, FIG-ın fəaliyyətdə olan prezidenti yaponiyalı Morinari Vatanabe bu vəzifəyə 2016-cı ilin oktyabr ayında seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB