Hollandiyada rusiyalı məşqçiyə qarşı intizam işi açılıb

Hollandiyada rusiyalı məşqçiyə qarşı intizam işi açılıb

Hollandiya Futbol Birliyi "Vitess" komandasının baş məşqçisi Leonid Slutskiyə qarşı intizam işi açıb. "Report" "Ed" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 48 yaşlı mütəxəssisin çempionatın XXIX turunda evdə PSV ilə matçda hakim Serdar Gözübüyükü tənqid etməsidir. Slutski referini dünyanın ən pis hakimi adlandırıb. Bildirilib ki, ilkin istintaq işin bütün halları dəqiqləşdirilənə qədər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə