"Barselona"nın hücumçusu Lionel Messi La Liqanın 30-cu turu çərçivəsində "Vilyarreal"la oynanılan matçda (4:4) rəqib qapısına yol tapıb. SİA-nın məlumatına görə, 31 yaşlı futbolçu 90-cı dəqiqədə cərimə zərbəsindən sonra fərqlənib. Beləliklə, Messi İspaniya çempionatında standart vəziyyətlərdən vurulan qolların sayına görə, Kriştiano Ronaldonu geridə qoyub.
Messi La Liqada 81 dəfə (29 cərimə zərbəsi, 52 penalti) standart vəziyyətlərdən sonra fərqlənib. Ronaldonun aktivində isə 80 belə qol (19 cərimə zərbəsi, 61 penalti) var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB