Ramil Şeydayev Azərbaycan millisinə dəvət alıb

Ramil Şeydayev Azərbaycan millisinə dəvət alıb

"Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev futbol üzrə Azərbaycan millisinə dəvət alıb. Bu barədə Samara klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 22 yaşlı forvard Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və yoldaşlıq oyununda Litva ilə matçlara çağırılıb. Ramil "Krılya Sovetov"un heyətində meydana çıxdığı son iki oyunda 2 qol vurub. 18-ci turda səfərdə Moskva "Lokomotiv"inin qapısına yol tapan forvard, ötən turda isə "Yenisey"lə matçda fərqlənib.

Qeyd edək ki, millimiz xorvatlarla martın 21-də səfərdə, litvalılarla isə martın 25-də Bakıda qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə