“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger FİFA-da çalışa bilər. “Le Parisien” nəşri yazır ki, fransalı mütəxəssisə ali futbol qurumunda texniki inkişaf sahəsində vəzifə təklif olunub. 69 yaşlı Vengerin bu təklifə müsbət yanaşdığı bildirilir. Xatırladaq ki, Venger 1996-2018-ci illər ərzində “Arsenal”ı çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB