“Urmaniyespor” “Trabzonspor”u kubokdan kənarlaşdırdı

“Urmaniyespor” “Trabzonspor”u kubokdan kənarlaşdırdı

Futbol üzrə Türkiyə kubokunun 1/4 finalının cavab oyunları keçirilib. SİA-nın məlumatına görə, "Trabzonspor” “Urmaniyespor”un qonağı olub. İlk matçda qolsuz heç-heçə edən komandaların bu görüşündə meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

Beləliklə, 1/8 finalda “Fənərbaxça”nı mübarizədən kənarlaşdıran “Urmaniyespor” eyni aqibəti “Trabzonspor”a da yaşadıb.

“Urmaniyespor” – “Trabzonspor” 3:1
Qollar: Nvakaema, 35 (0:1), Leandrinyo, 55 (1:1), Altintas, 66 (2:1), Çiçek, 90+7 (3:1)
İlk oyun - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə