"Ayaks"ın baş məşqçisi: "Ayıbdır"

"Ayaks"ın baş məşqçisi: "Ayıbdır"

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Real"a 1:2 hesabı ilə məğlub olan "Ayaks"ın baş məşqçisi Erik ten Haq matçdan sonra açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis göstərdikləri oyun haqqında danışıb: “Oyunun böyük hissəsinə nəzarət etdik, aqressiv təzyiq göstərdik. Bir az daha düzgün oynamalı idik. “Real"a qarşı oynayarkən yaratdığınız qol epizodlarını qolla bitirməlisiniz. Əks təqdirdə, rəqib oyunun nəticəsinə qərar verəcək. Komandamı bu gün sahib olduğu ruh üçün təbrik edirəm”.

Hollandiyalı mütəxəssis matçın 37-ci dəqiqəsində komandasının vurduğu qolun qeydə alınmadığı üçün videotəkrar sistemini (VAR) tənqid edib: “Bu, ayıbdır. Hakimlər bizə fərqli açıqlama vermişdi. Epizodun təkrarını gördüm, oyundankənar vəziyyətin olduğunu düşünmürəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə