Yapon cüdoçu, idmanın bu növü üzrə ikiqat Olimpiya mükafatçısı Kaori Matsumoto karyerasını başa vurmağa hazırlaşır. K.Matsumoto bu barədə qərarı noyabrda dünya çempionatına seçmə turnirlərdən birində məğlubiyyətə uğradıqdan sonra gəlib.
Xatırladaq ki, 31 yaşlı K.Matsumoto 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunları zamanı qadınlar arasında 57 kiloqram çəki dərəcəsində qızıl mükafata sahib olub. Həmin vaxt bu, yaponiyalı cüdoçuların Oyunlarda qazandığı yeganə qızıl medal olub. 2016-cı ildə Rio-de-Janeyro Oyunlarında isə o, gümüş medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB