“Zirə”nin daha 2 rəqibinin adı müəyyənləşib

“Zirə”nin daha 2 rəqibinin adı müəyyənləşib

Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama görüşü keçirəcəyi daha 2 rəqibinin adı bilinib. SİA-nın məlumatına görə, Samir Abasovun komandası yanvarın 23-də Ukraynanın “Vorskla”, 26-da isə Makedoniyanın “Şkupi” komandaları ilə qarşılaşacaq.

Bundan başqa, ayın 18-də "Zirə"nin rəqibi olması planlaşdırılan Rumıniya “Konkordiya”sının təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin “Voluntari” komandası olacaq.

Qeyd edək ki, “Zirə” Antalyada ilk oyununa sabah çıxacaq. Komanda Qazaxıstanın “Taraz” klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə