33 yaşlı futbolçu "Barselona"nın maraq dairəsində

33 yaşlı futbolçu "Barselona"nın maraq dairəsində

"Tottenhem"in hücumçusu Fernan Lorente "Barselona"nın maraq dairəsinə düşüb. "Mundo Deportivo" nəşrinin yazdığına görə, Kataloniya klubu 33 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Komandanın baş məşqçisi Ernesto Valverde də mətbuata açıqlamasında heyətdə ispan oyunçuya yer olduğunu bildirib.

Qeyd edək ki, "Barselona"nın Çində çıxış edən nigeriyalı hücumçu Odion İqalo ilə də maraqlandığı iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə