"Sumqayıt" "Şüvəlan"la qarşılaşacaq

"Sumqayıt" "Şüvəlan"la qarşılaşacaq

Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" yoxlama oyunu keçirəcək. SİA-nın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi I Divizionda mübarizə aparan "Şüvəlan"la qarşılaşacaq.

"Dalğa Arena"nın köməkçi meydançasında baş tutacaq qarşılaşma yanvarın 11-də, saat 15:00-da başlayacaq.

"Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsi üçün yanvarın 13-də Türkiyəyə yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə