İngiltərənin “Arsenal” futbol klubunun qabonlu hücumçusu Pyer-Emerik Obameyanq dekabrda komandasının ən yaxşı oyunçusu seçilib. Klubun saytında yer alan məlumatda deyilir ki, 29 yaşlı futbolçu cari mövsümdə artıq ikinci dəfə bu mükafata layiq görülüb. Hücumçu dekabrda klubun heyətində bütün turnirlər üzrə 8 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Obameyanq 2018-ci ilin yanvarında Almaniyanın “Borussiya Dortmund” klubundan “Arsenal”a transfer edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB