"Fənərbaxça" yeni transferi ilə müqavilə imzalayıb

"Fənərbaxça" yeni transferi ilə müqavilə imzalayıb

İstanbulun "Fənərbaxça" futbol klubu, yeni transferi Sadık Çiftpınarla müqavilə imzalayıb. İstanbul klubunun saytında yer alan xəbərə görə, 26 yaşlı müdafiəçi ilə 1 il daha uzadılması şərti ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, S.Çiftpınarın son klubu "Malatyaspor" olub. O, bu mövsüm 16 oyunun 11-də meydana start heyətdə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə