"Milan" UEFA-dan şikayət edib

"Milan" UEFA-nın verdiyi cəzalara şikayətlə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Bu barədə İtaliya klubunun saytı məlumat yayıb. Qeyd edək ki, "Milan" feyr-pley qaydalarını pozduğu üçün 12 milyon avro məbləğində cərimələnib. Həmçinin klubun avrokubok sifarişi məhdudlaşdırılıb və 2021-ci ilə qədər maliyyə feyr-pleyindəki çatışmazlıqları aradan qaldırmaq tapşırılıb. Əks təqdirdə, klubu daha ağır cəza gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə