Fanklublar arasında "İlin ən yaxşı fanklubu"nu müəyyənləşdirmək üçün sorğu keçirilib. SİA-nın məlumatına görə, "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev bildirib ki, sorğuda iştirak edən fan-klublardan 8-i "ultrAslan-Azərbaycan"a səs verib. Bu nəticəyə əsasən səs çoxluğu ilə "ultrAslan-Azərbaycan" "İlin ən yaxşı fan-klubu" nominasiyasının qalibi olub. "UltrAslan-Azərbaycan"a "Gəncə", "Kəpəz", "Xəmsə", "11-ci sektor", "Qarabağ", "İmarət", "Bakı" və "Muğan" fan-klubları səs verib. Y
anvarın 5-də "ultrAslan-Azərbaycan"ın prezidenti Ceyhun Əzizliyə diplom təqdim ediləcək. "İlin ən yaxşı fan-klubu" seçildiyinə görə "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev Ceyhun Əzizlini təbrik edib: "Ceyhunu təbrik edirik. İstiyərdik ki, bütün fan-klublar belə mehriban olsunlar. Bir-birləri ilə yaxşı münasibət qursunlar. Meydanda rəqib, həyatda dost olsunlar".
"ultrAslan-Azərbaycan" fank-lubunun rəhbəri Ceyhun Əzizli də onlara səs verənlərə və sorğunu keçirənlərə minnətdarlığı bildirib: "Gəncə fan-klublarına təşəkkür edirəm. Bizə səs verən fan-klublara da minnətdarlığımı bildirirəm. Çalışacağıq ki, bizə göstərilən bu etimadı doğruldaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB