Naomi Valenzo: "Parkur idmanı gimnastika növləri sırasına daxil edilib"
"Azərbaycan Gimnastika Federasiyasının güclü texniki bazası var. Biz federasiyanın fəaliyyətini yüksək qiymətləndiririk. Bir çox federasiyalar bu cür tədbirləri təşkil edə bilmir". SİA-nın məlumatına görə, bu sözləri Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresində iştirak edən Panamerika Gimnastika İttifaqının prezidenti Naomi Valenzo deyib.
Bakıda Konqresin maraqlı keçdiyini bildirən qonaq vacib məsələlərin müzakirə oldunduğunu diqqətə çatdırıb. O, parkurun FIG-nin növləri sırasına daxil edildiyini deyib.
“Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbovun fəaliyyətini yüksək qiymətləndirirəm. Onun səyləri nəticəsində, gimnastika beynəlxalq səviyyədə daha da inkişaf edir”, - deyə N.Valenzo əlavə edib.
Qeyd edək ki, FIG-nin Nizamnaməsinə əsasən, bu qurumun ali orqanı sayılan Konqresə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB