Dekabrın 6-da Serbiyanın Novi Sad şəhərində sambo üzrə tələbələr arasında dünya çempionatı start götürəcək. SİA-nın məlumatına görə, Azərbaycan Sambo Federasiyasından bildiriblər ki, yarışlarda ölkəmizi yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Abdulla Abdullayev (74 kq) təmsil edəcək.
Dünya çempionatına dekabrın 9-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB