Bakıda iki avtomobil toqquşub. SİA-nın məlumatına görə, hadisə gecə saat 00:30 radələrində paytaxtın Babək prospektində baş verib. Belə ki, futbol üzrə 17 yaşlı qızlardan ibarət millimizin və "Səbail-2"nin baş məşqçisi Siyasət Əsgərovun idarə etdiyi 90 LE 651 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil qarşıdan gələn, Elcan Zeynalovun idarə etdiyi 99 KM 157 dövlət nömrə nişanlı "Nissan” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
S.Əsgərov səhhətində heç bir problem olmadığını bildirib. Qeyd olunur ki, hadisəyə əks istiqamətdən gələn avtomobilin S.Əsgərovun idarə etdiyi maşının yoluna çıxması səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB